..::Xosh Gelmisiniz::..
Меню сайта
Разделы новостей
Sevgi mesajlari [40]
Tebrik mesajlari [33]
Qizlarla tanisliq usullari [1]
Qizlar ne isterler? [1]
Sensizem [1]
Vefasiz [1]
Meni gozel xatirla [2]
Ayriliq mesajlari [4]
Prikol mesajlar [1]
Sensizliye son musiqi [1]
Sevgi nedir? [2]
Sevgi ehdi [1]
Gozlenti ve hesret [3]
Uzr mesajlari [1]
Nifret mesajlari [1]
Мини-чат
Главная » 2007 » Декабрь » 29 » Gozlenti
Gozlenti
19:23
  1. Sənsiz nə günlərin nə mövsümlərin dəyəri yox. Xatirə qalmasın o rəsmlərin, cırmadan son dəfə bax mənim üçün.

  2. Burax bu sevgim tərtəmiz qalsın. Sən mənim içimdə qanayan yarasan. Bir gün gələr bəlkə məni anlayarsan, dönüb üzümə necə baxarsan? Ya məni itirərsən ya da özünü məhv edərsən.

  3. Sən gedəndən könlümdəki bütün çiçəklər soldu. Zalım gəl, gəl gör bu halımı. Bir əl uzat artıq bu qaranlıqdan qurtar məni, bu könlümdəki çiçəkləri canlandır yenidən.

  4. Sən heç həsrət daddınmı sevərkən, heç ağladınmı gülərkən, sən heç sevdinmi sevilməzkən və heç ayrılmaq istədinmi canından çox sevərkən.

  5. Bir sürgünün vətəni yada bir kölənin hürriyyəti qədər uzaq olsan da, səndə o qürbəti yaşasam da olar: Yetər ki məni ürəyindən sürgün etmə.

  6. İçinə düşən hər hüzn damlası səni nə qədər çox sevdiyimi xatırlatsın.

  7. Unuda bilmədim səni mən, məni sən unutduğun kimi.

  8. Bir quyu olub çıxdın yoluma, nə məni dənizə çatdırdın, nə də aldın qollarına, nə sevgini, nə də sevdanı verdin duyğularıma. Uzaqda qal və həsrət ol yoluma.

  9. Bir gün həyatın bütün gözəlliklərindən əl çəkib, ölümə səssiz sədasız getmək istəsən, yanıma gəl ki, sənə sənsiz yaşamağın, sənsiz olmağın ölüm olduğunu göstərim.

  10. Sən heç gecələri sübhə qədər ağladınmı ki, yalnızlığın nə olduğunu biləsən.

  11. Yağışı gözləyən torpaq kimi, küləyi gözləyən yarpaqlar kimi, sevgiyə susamış dodaqlar kimi, dəlicəsinə gözlədim səni.

  12. Səni mənim qədər sevən varsa, qoy sənə mənim qədər həsrət qalsın.

  13. Unudulmaq ölmək qədər acı olsa da, xatırlanmaq yaşamaq qədər şirindir.

  14. Əgər bir gün sevdiyin yağış səni insafsızcasına isladarsa, bil ki, mən sənsizliyə ağlayıram, əgər bir gün əllərində bir dəstə güllə məzarıma gəlsən bil ki, sevincli yatıram məzarımda.

  15. Bu gecə də göy üzünə baxdığında ulduzlara adını yazdım, boynumu aşağı saldığımda isə yenə yalnız olduğumu gördüm.

  16. Yalnızlıq nə mavi dənizdə bir damcı su, nə də qızğın çöllərdə bir qum dənəsidir. Yalnızlıq dediyimiz bu insan qarşında olan səni axtarıb tapa bilməməkdir.

  17. Sevmək böyük cəsarət istər, sevilən daim fədakarlıq gözlər, sevən nə qədər fədakarlıq edərsə etsin sevilən daima nankorluq edər.

  18. Yalnızlığa o qədər ehtiyacım var ki. Mənim yalnızlığım sənsən. Yalnızlığımı sevirəm.

  19. Hər insan ağlamaq istər gözlərindən yaş gəlməz! Hər an ürəkdən gülmək istər, gülə bilməz! Birini gözlər o heç gəlməz! Elə o zaman əcəlin istər əcəl isə gəlməz!

  20. Sevmək yalnızlıq qədər acıdırsa, yalnızlıq sevmək qədər gözəldir.

  21. Yalnızlıq mənim köhnə sevgilim. Mənim ən vəfalı yarım. Mən onu çoxları üçün tərk etdim. Amma o məni əsla tərk etmədi.

  22. Bir gecə yarısı titrəyərək oyansan, bil ki, xəyalını gördüyüm gündür. Bir gün səbəbsiz olaraq gözlərindən yaşlar süzülərsə, bil ki, yoxluğundan öldüyüm gündür.

  23. Sən sənsizlik nədir bilirsən? Hardan biləcəksən çünki sən sənsiz qalmadınki.

  24. Səni ürəyimin dərinliyinə atdım üzərinə daşdan qapılar hördüm. Məni elə incitdi ki, səninlə olan yaxşı günlərimi istəsəm də xatırlayım, xatırlaya bilmirəm. Sənin cəzanı Allah verəcək.

  25. Sənsiz keçən günlərimi cəhənnəmdə yaşayıram. Sənin sevginlə böyüyürəm, sənin sevginlə həyata alışıram, dolanıram küçələri səni axtarıram, adını soruşduğum insanlara bir gül üzlü biri var onu axtarıram deyirəm. Hey axtarıram tapmıram. Sən mənim hər şeyim sən mənim həyatımsan. Bir gün səni tapsam səndə özümü axtaracam.

  26. Sevdim sevilmədim, bəxtimə sevilməmək düşüb. Tanrıdan diləyim budur unudularsan bir gün, üzülərsən mənim kimi, yıxılsan mənim kimi yaşa, heç həyatında gülmə gülümsəmə.

  27. Bitir bu həsrəti dön gəl artıq. Qara gözlüm ay üzlüm sevdiyim gecəm. Günəş doğmadan gəl, səni kimsə sevmədən gəl, əzrayıl canımı almadan gəl.

  28. Əvvəlki yerini ürəyimdə axtarma. Sən gözümdən axan selə dönmüsən.

  29. Sən məni dostuma, düşmənimə güldürtdün, vicdanının səsini dinlə gör nə deyir. Axı bir can burda sənin üçün ölür.

  30. Həyatda 4 dəfə səhv etdim. Doğulmaq, yaşamaq, böyümək və ümidlərə sarılmaq. Bir dəfə doğru seçim edib səni sevdim. Bu seçimi edərkən unutdum 4 səhvin 1 düzü sildiyini.

  31. Kimsə xoşbəxt oldu, mənsə sənsizəm, həyatda hicranla vüsal qoşadı, indi sahilimə həsrət dənizəm.

  32. Duyuram sənə toxunmanın əzizliyini və düşünürəm aşiq olmanın rəzilliyini inan yanında ikən ən çox çəkirəm həsrətini!

  33. Artıq buludlara yazıram həsrətimi, yağmur yağınca anlayarsan səni nə çox gözlədiyimi!

  34. Yoxluğunla böyütdüm bu sevdanı, bunu varlığına bağışlayıram.

  35. Sən o sevgini qoruya bilmədin. Bilmədin ki, sevgi açılmayan qönçədir; Mənim qəlbimlə oyun oynadın bilmədin sevən ürək teldən incədir!

  36. Sevgi və dostluq bir gün yolda qarşılaşırlar, Sevgi özündən razı bir şəkildə soruşar: Mən səndən daha səmimi və daha isti bir duyğuyam sən nəyə gərəksən bu dünyada? Dostluq isə cavabında özündən razı olan duyğuya deyir: Sənin arxanda buraxdığın göz yaşlarını silmək üçün.

  37. Qaranlıq aydınlıqdan, yalan doğrudan qaçar. Günəş təkdə olsa ətrafa işıq saçar. Unutma! Yaxşıların qədəridir yalnızlıq: Qarğalar sürü ilə qartallar tənha uçar.

  38. Yuxularımı aldın, gecələrimi qaçırdın. Günahkardır deyəcəyəm, məhkəməyə verəcəyəm, təzminat olaraq da qəlbini istəyəcəyəm.

  39. Sevmək çaydır sevilmək şəkər, bizim kimi qəriblər çayı şəkərsiz içər.

  40. Bu gün mövsüm ağlayır. Gözləyir o aydınlıq günlərini, ayrılır yarpaqlar ağaclardan bir həsrət küləyiylə. Mənə küləyi yaşatma ey sevgili!

  41. Nə səni unudacaq qədər zaman keçəcək, nə keçən günlər səni unutmağa bəs edəcək. İllər keçsə də səni unutmayacam. Çünki, illər həsrəti öyrədir. Unutmağı əsla.

  42. Qəlbimdə bir gül bəslədim adını eşq qoydum qopardılar. Qəlbimdə bir gül daha bəslədim, adını məhəbbət qoydum tapdaladılar. Qəlbimdə bir gül də bəsləməyə başladım, adını həsrət qoydum, hələ də yaşadırlar.

  43. İlk dəfə qarşılaşanda sənin gözlərində sevgi, mənim gözlərimdə ümid vardı. Nə qədər gözəl idi o günlər. İndi sənin qəlbində başqası, mənim qəlbimdə sən, gözlərimdə isə nəm var.

  44. Səninlə qazandığım yaşamaq gücünü səni unutmaq üçün işlədirəm.

  45. Ya mənim gözlərimdir səni bambaşqa görən, ya da hər kəsin gözləri kordur!

  46. Əvvəl yıxıldığımda qalxmağı öyrəndim. Sonra alova toxunduğumda acını. Sevməyi, sevilməyi öyrəndim. Daha sonra isə tərk edilib gözləməyi. Sayəndə unudulmağı da öyrəndim. Yalnız unutmağı öyrənə bilmədim.

  47. Mən sənsiz keçən günlərimə ağlayarkən, bəlkə sən mənsizliyə sevinəcəksən. Amma bunu unutma, bir gün gələcək sən də sevəcəksən!

  48. Bir gün cəhənnəm yağışına düşsən, məndən qaçdığın kimi yağışdan da qaç. Çünki buludlar arxasında eşq üçün ağlayan mənəm.

  49. Məni bu evdə, bu məhəllədə, bu küçədə, bu şəhərdə görməsən, onda bil ki, mən sənin gözlərinin xəyala daldığı yerdəyəm.

  50. Qəlbim səni unudacaq qədər adi, əllərim isə onu parçalayacaq qədər güclüdür.

  51. Duyuram sənə toxunmanın əzizliyini və düşünürəm aşiq olmanın rəzilliyini inan yanında ikən ən çox çəkirəm həsrətini!

  52. Xəyala dalsan bil ki, səni düşündüm. Gecə yuxudan oyansan bil ki, şəklini öpdüm, gözlərindən yaş axarsa bil ki, sənsiz öldüm.
Категория: Gozlenti ve hesret | Просмотров: 1791 | Добавил: dostlarim | Рейтинг: 4.3/3 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Декабрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Copyright MyCorp © 2024Конструктор сайтов - uCoz