..::Xosh Gelmisiniz::..
Меню сайта
Разделы новостей
Sevgi mesajlari [40]
Tebrik mesajlari [33]
Qizlarla tanisliq usullari [1]
Qizlar ne isterler? [1]
Sensizem [1]
Vefasiz [1]
Meni gozel xatirla [2]
Ayriliq mesajlari [4]
Prikol mesajlar [1]
Sensizliye son musiqi [1]
Sevgi nedir? [2]
Sevgi ehdi [1]
Gozlenti ve hesret [3]
Uzr mesajlari [1]
Nifret mesajlari [1]
Мини-чат
Главная » 2007 » Декабрь » 29 » Gozlenti
Gozlenti
19:21
  1. Dilin adımı anmasa da boş ver xatırlamağa heç çalışma, necə olsa bir gecə şirin yuxunda, mən gələcəyəm ağlına ağlayacaqsan. Gün gələr oturarsan nigah masasına. Sevincli həyalınla imzanı atsan da, eşqinlə rəqs etdiyin ilk tansında mən gələcəyəm ağlına ağlayacaqsan.

  2. Əgər bir gün evlənərsənsə sənə ağ şam göndərəcəyəm. Qaranlıq sevincini əngəlləyəndə o şamı hər yandırdığında, əriyən məni görəcəksən.

  3. Sayəndə bir günəş kimi oldum. Hər sabahı sənin xəyalların ilə doğub, axşamları sənsiz batıram.

  4. Əgər eşqə bir cəza verə bilsəydim onunda mənim kimi sevməsini istərdim.

  5. Sənsizliyi göydəki ulduzlara yazmaq istərdim sübh açılınca yox olsun deyə.

  6. Buludlu havalarda dolunayı izlədinmi. Külək öz soyuğunu içinə verdiyində küləkdən deyil yalnızlıqdan ürəyin titrədimi.

  7. Yenə günəşin batma saatı. Kimisi ümidləri , kimisi sevdaları ilə birgə. Yenə yalnızlığa salam saatında, yox olmuş sevgilər çarəsiz hüznlərlə birgə.

  8. İndi başqasının olsan da, boynu bükük yalnız qalsam da, əlimi tutub saçımı oxşamasan da bilirəm yenə də mənimsən.

  9. Xəyallarla yaşayan musiqisiz də tans edər.

  10. Sanma hər dərdin dərmanı vardır. Hər yara sarılar. Aldanma o eşqsiz gözəlliyinə. Əlbət bir gün oda alınar. O zaman səni məndən alanlar sevərmi səni mənim tək ?

  11. Qorxma yaxınlaş qaranlığa, orada mən varam. Çarəsizliyimizə, zəifliyimizə gəl bərabər ağlayaq.

  12. Səni sevərkən vəfasızlıq edəcəyəm. Bunu mən sənə öyrədəcəyəm!

  13. Gözlər, gözləri gözləyən gözləri gözləyərmi.

  14. Günəşin başqa iqlimləri aydınlatmağa, başqa könülləri isitməyə getdiyi bu saatlarda kağızı qələmi əlimə alıb, səninlə dərdləşmək, yalnızca sənə yazmaq və yalnızca səni gözləmək “Sənə Səni Yazmaq” keçir içimdən.

  15. Yox olan günləri deyil yox olan günlərin içərisindəki yox olmuş səni axtarıram.

  16. Əsla sevmə. Sevsən də bəlli etmə. Sevən sevilməz sevilən qiymət bilməz.

  17. Əlləri cibində yalnız dolaşan, həyata küsmüş, halı pərişan, bir ömür boyu sevilmək üçün çalışan birini görsən məni xatırla sevgilim.

  18. Bu həyatda bir az da biz gülək dedik, təbəssümlər iztirabı silmədi. Bu dərdlə yaşanılmaz ölək dedik, ölüm belə vəfasızmış gəlmədi.

  19. Sən illərin gətirdiyi bir əsinti deyil, ölümün belə söküb aparmadığı bir həsrətsən içimdə.

  20. O mavi gözlərinin dənizində boğulurdum onu da çox gördün mənə. Çoxmu asan sanırsan sevərkən sevilməməyi. Çoxmu şey istəyirəm səndən. Artıq məni dərdlərimlə yalnız burax.

  21. Yalnızlıq nə mavi suları olan dənizlərdə, nə də qızğın qumları olan çöllərdə qalmaqdır. Yalnızlıq bu sehr xarabalığında səni axtarıb tapa bilməməkdir.

  22. Həyatım qaranlıq yerlərdə keçər. Ürəyim qırılmış qədəhə bənzər. Üzümə nifrətlə baxma yetər!

  23. Hər insanın bir yaşama sevinci yəni yaşadanı vardır. Mən yaşamaq istəsəm də yaşadanım məni yaşatmadı.

  24. Hanı qollarım sənə yastıq, dizlərim sənə yataq olmuşdu. Mən o günü gözlədim. Nə sən burdasan nə də mən ordayam. Al canımı Allahım. Nə mən bu acıya dözərəm. Nə də bu qədər acı mənə.

  25. Sən sabaha pəncərəni bu günün sevincinə açarkən, mən səhər vaxtı sənsiz, bir günün üzüntüsünə özümü tərk edirəm.

  26. Deyirəm ki, keçər, bu da keçər. Zaman hər an bir azda yollarıma tələlər qurur Sənsizliyin ilk anı kimi, bəlkə daha da betər acı çəkirəm. Zamanı illəri ilə geriyə almaq mümkün olsa, saatları geri çevirmək olsa, edərdimmi belə bir səhvi. Üzümü, ruhumu kölgələyən, məni yaşantıya küsdürən qocaman və bomboş, əzik və qırıq bir qəlbdən başqa sənə dair söyləyəcək heç bir şeyim qalmadı artıq.

  27. Eşqi mənə anlatma. Qəlbim onu tanıyır. İllər əvvəl biri yaxdı hələ də yanır.

  28. Səni düşünürəm əlimdə siqaram gözümdə yaşlarla. Çığırmaq istəyirəm sənə olan eşqimi çarəsiz baxışlarla. Səni istəyirəm uzanan gecələrin bitməyən yalnızlığında. Səni görürəm, həyalın sanki hər an qarşımda. Səni gözləyirəm bir gün dönməsən də sən mənə.

  29. Yağmur sevincimə kölgə salmaq üçün yağırsa önəmsəmirəm. Məqsədi üzümü islatmaq isə onsuz da ağlayıram.

  30. Mənim hər göz yaşım sənin sevincin, sənin hər sevincin mənim göz yaşım olsun. Çünki sən mənsiz sevincli ola bilməzsən.
Категория: Gozlenti ve hesret | Просмотров: 1455 | Добавил: dostlarim | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Декабрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Copyright MyCorp © 2024Конструктор сайтов - uCoz