..::Xosh Gelmisiniz::..
Меню сайта
Разделы новостей
Sevgi mesajlari [40]
Tebrik mesajlari [33]
Qizlarla tanisliq usullari [1]
Qizlar ne isterler? [1]
Sensizem [1]
Vefasiz [1]
Meni gozel xatirla [2]
Ayriliq mesajlari [4]
Prikol mesajlar [1]
Sensizliye son musiqi [1]
Sevgi nedir? [2]
Sevgi ehdi [1]
Gozlenti ve hesret [3]
Uzr mesajlari [1]
Nifret mesajlari [1]
Мини-чат
Главная » 2007 » Декабрь » 29 » Gozlenti
Gozlenti
19:22
  1. Həyatın ən hüznlü mövsümü , sevdiyin insanın bağçasında açmayan bir çiçək olduğunu anladığın andır.

  2. Günəş nə qədər qızğın doğarsa doğsun batar, günlər nə qədər zalım olursa olsun keçər, sənin də yalnızlığın nə qədər əzab verici olursa olsun bir gün bitməyə məhkumdur.

  3. Elə uzaqlar var ki, yollardan uzaq, elə uzaqlar var ki, gözlərdən uzaq uzaqlıqları. Könlüm könüldən uzaq elə bir yar sevdi ki, ölsəm ölümdən uzaq.

  4. Küləyin belə əsməyə qorxduğu və suyun nə olduğunu bilməyən bir çöldə açan gülün cəsarəti kimi gözlədim səni.

  5. Bəzən sənə uzaqlığımın atəşi düşür ürəyimə. Sənsiz neçə günlər, neçə gecələr keçdi üstümdən. Sənsiz günlərimi yeni günümün sevinclə açılmasına buraxdım.

  6. Güllər söyləsin sənə olan sevgimi. Güllər söyləsin yalnızlığımı, çarəsizliyimi, yavaş-yavaş əriyən ürəyimi güllər söyləsin. Mən söyləyə bilmədim, güllər söyləsin.

  7. Bir ömür boyu səninləyəm desən belə istəmərəm... Çünki sən küləyin əsdiyi bir toz buludusan.  Bu gün mənə əsərsən, sabah ellərə.

  8. Sevgimiz su üzərinə yazılan bir nağıl idi, göz qırpımı qısalığında, kəpənəyin ömrü uzunluğunda idi. Qəlbimizdə bir ömür boyu çəkəcəyimiz iz buraxdı.

  9. Yenə axşam olur, yenə qəlbim yanır, sənsiz bahar gəlmir, sevgilim sən olmayınca bağçamda güllər açmır.

  10. Oxşayıb saçını səni sevmədən, bir gün olsun xoşbəxtliyə yetmədən, köçərsəm dünyadan səni son bir dəfə görmədən çiçək qoyma, məzarıma gəl yetər, dua etmə başım üstündə dur bu mənə yetər.

  11. Ağılsız adam xoşbəxtliyi uzaqlarda, ağıllı insan isə onu ayaqlarının altında axtarar. Səninlə ölmək var ikən; Sənsiz qalmaq, yaşayarkən ölmək deməkdir.

  12. Nə andlar pozdum gecələr böyüyərkən sənsiz, nə andlar pozdum illər keçərkən dərdsiz, nə andlar pozdum açıqlanması belə imkansız. Sənin üçün ey gülüm. Amma sən anlamadın mən nə edim.

  13. Bir gün səndə sevərsən. Bir gün sən də ağlayarsan. O zaman mən gələrəm ağlına. Bəlkə geri dönmək belə istəyərsən. Onda çox gec olacaq. Əlimdə deyil sevirəm, darıxıram. Həmişə də elə olacaq.

  14. Əvvəl yıxılanda qalxmağı, sonra alova toxunduğumda kədəri sevməyi öyrəndim. Sonra tərk edilib gözləməyi. İndi sənin sayəndə unudulmağı da öyrəndim. Hər şeyi öyrəndim, yalnız səni unutmağı öyrənə bilmədim.

  15. Nə səni unudacaq qədər zaman keçəcək, nə də keçən zaman səni unutdurmağa yetəcək, buraxıb getsəm də sanma ki, unudaram. Zaman alışmağı öyrədir bunu unutma Əsla!

  16. "Sevgiyə" bir teatr dedilər, hər kəsə bir rol verdilər. Ən çətin rolu mənə verdilər. Əvvəl sev, sonra unut dedilər!

  17. Bu son xatirə bəlkə son sətirlərim olacaq bunu yazan əllər torpaqlarda solacaq. Bir gün məzarıma sarı güllər əkəcəksən, bu da bir sarı güldü, nə tez soldu deyəcəksən.

  18. Unutma unudulanlar unudanları heç vaxt unutmazlar!

  19. Həyatda ən şirin şey sevgilinin dodağından bir öpüş almaqdır. Ən acı şey isə o dodaqlardan sevilmədiyini eşitməkdir.

  20. Diləyirəm Allahdan üzün heç gülməsin. İllərcə mənim kimi sevib səndə dərd çəkəsən. Sevgimi bilmədin günah məndəmi? Sevən çəkər dərdi, sevməyən haradan bilsin. Mənə sevgidən söz etmə, sevmək kim, sən kimsən.

  21. Sevdim sevilmədim taleyimə sevilməmək düşmüş. Tanrıdan arzum budur ki, unudularsan səndə mənim kimi, üzülərsən mənim kimi, yıxılaraq sürünərsən mənim kimi. Yaşayarsan gün gələr zamanın əcəl kimi ötüb keçər.

  22. Sən gedərkən birlikdə ağlamışdıq, yerini indi yağışa verdim, sən gələnə kimi ortaq olacaq, başqa göz dəyməsin deyə.

  23. Sən keçdin yenə mən sinifdə qaldım. Heç cürə yanına gələ bilmədim. Sevda imtahanından təşəkkür aldım, xəyanət dərsinə heç hazırlaşmadım. Gözlərim bağlanırsa yuxusuzluqdan qorxaram müəlliməmə hörmətsizlikdən. Bir örnək istədi duyğusuzluqdan, səni deyəcəkdim danışmadım. Vəfasız olmağı bilmədim deyə, adını qəlbimdən silmədim deyə, məktəbdən qovuldum gəlmədim deyə, təbəssüm etməyi öyrənə bilmədim.

  24. Sən şəhərimin mənsiz soraqlarını addımlayarkən, mən sənsizliyin soraqlarında özümə bir şəhər qururam.

  25. Silinər deyirlər bu acı izlər, bitərmiş qışlarım gələr yazlarım. Bilməzlər bu könlüm dərindən sızlayar. Mənə unudarsan deyirsən. Bunu söyləmək sənin üçün çox asan.

  26. Pislik deyilən bir şey olmasaydı, cəhənnəm boş qalardı. Sən məni qırmasaydın, bu can uğrunda fəda idi.

  27. Sevdiyimdən gündən etibarən hər acını daddım, hər şeyə alışdım, yalnız sənin yoxluğuna alışmadım. Artıq anlayıram mənə həsrətdən və göz yaşından başqa bir şey verməmisən.

  28. Ölmək dünyada unudulub getməkmiş, ölmək bir kəfən geyməkmiş, ölmək o soyuq o qorxunc və o qara torpağa girməkmiş. Yox sevgilim elə deyil əsil ölmək "sənsizlikmiş".

  29. Hər gün sevda çəkib gülünmür elə deyilmi? Bir gözəldən başqası sevilmir elə deyilmi? Hanı sən mənsiz ölürdün, ölmürsən elə deyilmi?

  30. Acının ümidləri yox etdiyi anda, ümidləri yaşadacaq bir sevgiyə ehtiyac duysan, mən o bildiyin ünvandayam
Категория: Gozlenti ve hesret | Просмотров: 1574 | Добавил: dostlarim | Рейтинг: 4.5/2 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  Декабрь 2007  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Поиск
Друзья сайта
Copyright MyCorp © 2024Конструктор сайтов - uCoz